Ukraynanın “Veres” futbol klubu Albaniyanın “Eqnatiya”sında çıxış edən Azərbaycan millisinin mərkəz müdafiəçisi Zamiq Əliyevi heyətinə qatmaq niyyətindədir.
İdman.biz Ukrayna mətbuatına istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar yekun mərhələdədir.
Yaxın vaxtlarda transfer rəsmiləşə bilər.
Qeyd edək ki, ötən mövsüm Əliyev "Eqnatiya"nın heyətində 43 oyun keçirib və 1 qol vurub.
İdman.biz