AZ

İspaniyanın dördüncü liqa klubunun hücumçusu “Neftçi”də

Ötən mövsüm İspaniyanın dördüncü liqasında çıxış etmiş futbolçu «Neftçi»də baxışdadır.

Söhbət Bəhruz Qurbanlıdan gedir.

19 yaşlı hücumçu hazırda yoxlanışdadır və Samir Abasov onu Polşada keçiriləcək təlim-məşq toplanışına da aparmaq niyyətindədir.

Bəhruz son olaraq «Union Deportivo Montixo»nun formasını geyinib.

O, 2024-cü ilin yanvarında Sequnda Divizionun 5-ci qrupunda yarışan komandayla uzunmüddətli müqavilə imzalasa da, yaxınlarda sərbəst azad agent statusu alıb və Azərbaycana dönüb.

Qurbanlı «Qarabağ»ın yetirməsidir. Üç il öncə «Neftçi»yə keçən forvard Priney yarımadasına da elə buradan yollanmışdı.

SPORTİNFO.AZ

Seçilən
4
sportinfo.az

1Mənbələr