Bir neçə gündür, sərin havalardan sonra ölkə ərazisində temperatur sürətlə yüksəlməyə başlayıb. İyulun 14-də bəzi bölgələrdə 40 dərəcəyə çatan istilər qeydə alınacaq. Sinoptiklər qarşıdakı günlərdə havanın daha da isti və quraq keçəcəyini bildirir. Lakin istilik rekordlarının qırılması ehtimalı hələ də qeyri-müəyyəndir. Bildirilir ki, iqlim dəyişiklikləri və yerli amillər bu proqnozlara təsir göstərə bilər.
Hazırkı temperatur artımı və quraqlıq havalar qarşıdan gələn günlərdə davamlı istilərin başlanğıcına işarədirmi? Bu yay Azərbaycanda normadan yüksək temperatur və istilik rekordları gözlənilirmi?
Globalinfo.az-a danışan “Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli deyib ki, iyul ayında belə istilər gözləniləndir:
“Azərbaycan subtropik iqlim qurşağında yerləşir və bu, quru subtropik iqlimə aiddir. Bu iqlim tipinin xüsusiyyətləri isti və quru yaylar, mülayim və rütubətli qışlar şəklində özünü göstərir. Hazırda yay fəslindəyik və iyul ayına uyğun olaraq isti hava şəraiti müşahidə edilir. 41 dərəcə isti faciəvi hal deyil. İrəliləyən günlərdə hərarətlə bağlı hər hansı bir rekord qırılmayacaq, hava temperaturu normal olacaq. Bəzi bölgələrdə günəş altında temperatur 42-43 dərəcəyə qədər yüksələ bilər”.
Ekspert bildirib ki, insanlar istidən qorunmalı, günəş altında uzun müddət qalmamalıdırlar:
“Günəş altına çıxarkən baş örtüsü, günəşlik və ya çətir istifadə etmək vacibdir. Xüsusilə günorta saatlarında çölə çıxmamaq lazımdır. İyun ayının sərin keçməsi iyul və avqust aylarında normal hava şəraiti ilə kompensasiya olunacaq. Havanın çox soyuması ehtimal edilmir. İrəliləyən günlərdə Bakıda küləkli, rayonlarda isə isti havalar davam edəcək”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta