Şimali Koreya Rusiyaya artilleriya mərmiləri verməkdə davam edir.
Hafta.az xəbər verir ki, NV” nəşrinin yazdığına görə, bu haqda “Yonhap xəbər agentliyi Cənubi Koreya kəşfiyyatının hesabatına istinadıa məlumat yayıb.
Pxenyan Moskvaya ümumilikdə təxminən 12 milyon 152 mm-lik mərmi ötürüb.
Kəşfiyyat məlumatlarına görə, KXDR indiyədək Rusiyaya 28 min konteyner silah və artilleriya mərmisi ötürüb. "152 mm-lik mərmiləri hesablasaq, tədarük edilən mərmilərin sayının 12 milyonu keçdiyi güman edilir", - kəşfiyyat agentliyi qeyd edib.
“Yonhap” qeyd edir ki, Pxenyan da 2024-cü ilin oktyabr ayından Rusiyaya 13 minə yaxın hərbi qulluqçu göndərib. Bundan əvvəl Cənubi Koreya kəşfiyyatı Şimali Koreyanın iyul və ya avqust aylarında əlavə qoşun göndərəcəyi ehtimalı barədə məlumat vermişdi.