AZ

Stulda erotik rəqs Hadisədən biabırçı şou – Sosial şəbəkələr qarışdı + VİDEO

Türkiyəli müğənni Hadise İstanbulun məşhur Harbiye Açıq Hava Teatrında verdiyi konsertlə sosial mediada gündəmə gəlib. İki gün ard-arda səhnəyə çıxan sənətçinin ikinci çıxışı daha çox səhnə şousu ilə yadda qalıb.

Yenisabah.az xəbər verir ki, müğənninin xüsusi hazırlanmış stul üzərində etdiyi rəqs nömrəsi və geyindiyi qara, şəffaf, bədəni saran libas tamaşaçıların diqqətini çəkib. Bəziləri onun enerjisini və səhnə bacarığını tərifləsə də, digərləri bu performansı ifrat və yersiz sayıb.

İki saat davam edən çıxışı boyu səhnədə enerjisini qoruyan Hadise həm sevilən mahnılarını ifa edib, həm də rəqsləri ilə izləyicilərə vizual şou təqdim edib. Xüsusilə stul üzərindəki rəqsdən çəkilən görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb, milyonlarla baxış toplayıb. Dominos pizza

Buna baxmayaraq, tənqidlər də az olmayıb. “Səsini dinləmək istəyirik, bu qədər şouya ehtiyac yoxdur”, “Sadə olsa, daha yaxşı idi” kimi şərhlər ən çox müzakirə olunan fikirlər arasında yer alıb.

Hadise isə hələlik səslənən tənqidlərə cavab verməyib. Lakin onun bu cür səhnə çıxışlarının ilk olmadığı, əvvəlki konsertlərdə də oxşar yanaşmalar sərgilədiyi bilinir. Pərəstişkarları isə onun tənqidlərə baxmayaraq öz yolundan dönməyəcəyini düşünür.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
1
yenisabah.az

1Mənbələr