AZ

Braziliya MMA-sında böhran: Əsas yarışlarda ardıcıl 10 məğlubiyyət

Son vaxtlar UFC turnirlərində bütün əsas döyüşlərində məğlub olan braziliyalı MMA döyüşçüləri çətin günlər yaşayırlar.

İdman.biz xəbər verir ki, Neşvildə keçirilən UFC turnirinin əsas yarışında amerikalı Derrik Lyuis Tallison Teyşeyranı ilk raundda nokaut edərək inamlı qələbə qazanıb.

Bu, braziliyalılar üçün 2025-ci ildə keçirilən UFC turnirində ardıcıl 10-cu məğlubiyyət olub.

Teyşeyradan əvvəl Çarlz Oliveyra, Gilbert Börns, Deyvson Fiqeyredo, Karlos Prates, Dieqo Lopez, Aleks Pereyra, Qreqori Rodriqes, Renato Moikano və Amanda Ribas da final döyüşlərində uduzublar.

Məğlubiyyət seriyasını qırmaq üçün növbəti şans avqustun 23-də Conni Uokerin Şanxayda çinli döyüşçü Canq Minyana qarşı keçirəcəyi döyüş olacaq. Bu, gecənin əsas qarşılaşması hesab edilir.

İdman.biz

Seçilən
4
idman.biz

1Mənbələr