ABŞ administrasiyası immiqrantların deportasiya müddətini qısaldıb.
Referans xəbər verir ki, yeni qaydaya əsasən, deportasiya edilənlərə yalnız altı saat əvvəl xəbərdarlıq ediləcək.
“ABŞ administrasiyası immiqrantları xəbər vermədən və təhlükəsizlik zəmanəti almadan üçüncü ölkələrə deportasiya etməyə hazırlaşır. Yeni qaydaya əsasən, standart hallarda miqrantlara 24 saat əvvəl xəbərdarlıq ediləcək, lakin fövqəladə hallarda bu müddət cəmi altı saata endirilə bilər”, – deyə yerli KİV-lərdə yazılıb.
Milli İmmiqrasiya Məhkəməsi Assosiasiyasının prezidenti Trina Realmuto qeyd edib ki, bu dəyişiklik minlərlə insanın həyatını təqib və işgəncə riski ilə üz-üzə qoyur.
//globalinfo.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta