AZ

"Yuventus" danimarkalı futbolçunu hədəfə alıb

"Sportinq" klubunun yarımmüdafiəçisi Morten Yulmann karyerasını A Seriyasında davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, "Yuventus" uzun müddətdir danimarkalı futbolçunu izləyir və yay transfer dönəmində onun keçidini reallaşdırmağı planlaşdırır. 

Turin təmsilçisi 26 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq üçün artıq danışıqlara başlayıb. Lakin hələlik tərəflər arasında razılaşma yoxdur.

Potensial transferin qiyməti təxminən 40 milyon avro dəyərində qiymətləndirilir. "Transfermarkt" portalında Yulmannın bazar dəyəri 50 milyon avro göstərilir.

Danimarka millisinin üzvü olan Yulmann "Sportinq"lə 2028-ci ilin yayına qədər müqavilə bağlayıb. O, geridə qalan mövsümdə Portuqaliya klubunun heyətində 47 oyuna çıxıb, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

 

 

Seçilən
5
90deqiqe.az

1Mənbələr