AZ

"Əl-Əhli"dən ayrılan Firminonun yeni klubu bilindi

Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunun braziliyalı hücumçusu Roberto Firmino karyerasını Qətərdə davam etdirəcək. 
Fanat.Az
xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. 
Mənbənin məlumatına görə, 33 yaşlı futbolçu "Əl-Sədd"ə keçir. Forvard Asiya Çempionlar Liqasını qazandıqdan sonra “Əl-Əhli”ni tərk etmək qərarına gəlib və artıq Qətər klubu ilə müqaviləni razılaşdırıb. 
Firmino 2023-cü ildən çıxış etdiyi "Əl Əhli"də bütün turnirlərdə 65 matçda iştirak edib, 21 qol vurub və 17 məhsuldar ötürmə edib. "Transfermarkt" futbolçunun dəyərini 5 milyon avro qiymətləndirir.

 

Seçilən
0
fanat.az

1Mənbələr