AZ

Arçi Braun “Fənərbağça”da

Belçikanın “Gent” klubunun sol cinah müdafiəçisi Arçi Braun bundan sonra “Fənərağça”nın uğurlarıı üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

23 yaşlı ingilis müdafiəçi ilə 3+1 illik müqavilə imzalanıb. Türkiyə mətbuatı “Fənərnbağça”nın bu transferə görə 8,5 milyon avro ödəyəcəyini yazıb. Braun yeni komandasının heyətində 33 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, “Fənərbağça” daha əvvəl Con Duran və Abdu Aziz Falı da heyətinə qatmışdı.

Arçi Braun İngiltərənin “Derbi Kaunti” klubunun yetirməsidir. 23 yaşlı futbolçu peşəkar karyerasına “Lozanna Sport”da başlayıb. 2023-cü ildən “Gent”də çıxış edən müdafiəçi Belçika komandasının heyətində 87 oyuna çıxıb, 3 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub.

Braun İngiltərənin U-20 yığmasında forma geyinsə də, sonradan milliyə lazım olmayıb.

“Transfermarkt” internet-portalı 23 yaşlı müdafiəçinin transfer dəyərini 7 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
6
arena.az

1Mənbələr