
Ukrayna Azərbaycandan qaz tədarükünün qurulmasını gözləyir və Bakıya özünün yeraltı qaz anbarlarından istifadə etməyi təklif edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri German Qaluşenko bildirib.
“Biz Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazovla hökumətlərarası komissiyanın iclasının Protokolunu və gələcək birgə fəaliyyətlərimiz üçün fəaliyyət planını - yol xəritəsini imzaladıq. Biz Azərbaycan qazının Ukraynaya nəqli imkanlarını müzakirə etdik. Biz qaz sahəsində əməkdaşlığın yeni formatlarına açığıq. Xüsusilə, Ukrayna öz beynəlxalq qaz anbarı obyektlərini təklif edir”, - Qaluşenko Bakı səfərini şərh edərkən deyib.