PSJ rəhbərliyi Marko Asensionu satmaq qərarına gəlib.
“Footmercato”nun məlumatına görə, baş məşqçi Luis Enrike ötən mövsümün ikinci yarısını icarə əsasında “Aston Villa”da keçirən Asensionu növbəti mövsüm üçün planlarına daxil etməyib. PSJ onu transfer siyahısına daxil edib. Futbolçu üçün 20 milyon avro satış qiyməti müəyyənləşdirilib.
Asensio İngiltərə klubunun heyətində bütün turnirlərdə 21 oyun keçirib, 8 qol vurub və 1 məhsuldar ötürmə edib. O, 2024/25 mövsümündə PSJ-də 16 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta