AZ

"Dioqu Jota naminə bu turnirdə qalib olmaq istəyirəm"

"Çelsi"nin portuqaliyalı hücumçusu Pedru Netu klublararası dünya çempionatını qazanmağa niyə bu qədər can atmasının səbəbini açıqlayıb. 

Fanat.Az xəbər verir ki, Netu bu barədə klubun mətbuat xidmətinə danışıb:

"Bazar günü meydana Dioqu Jota naminə bu yarışda qalib gəlmək istəyi ilə çıxacağam. O, həmişə yanımda olacaq. İngiltərəyə gələndə Dioqu dərhal dəstəkçim oldu. Mən çox gənc idim və yeni ölkəyə gəlmişdim. O isə "Vulverhempton"un əsas oyunçularından biri idi. Amma o, mənə və ailəmə çox kömək etdi. Ondan futbol və həyat haqqında çox şey öyrəndim".

Xatırladaq ki, Dioqu Jota bu yaxınlarda avtomobil qəzasında dünyasını dəyişib. Son illər "Liverpul"da çıxış edən vinger ötən mövsüm Mersisayd klubunun heyətində İngiltərə çempionu, Portuqaliya millisində isə Millətlər Liqasının qalibi olub.

Seçilən
6
fanat.az

1Mənbələr