Xəzər rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.
Metbuat.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Qəza səbəbindən Mərdəkan şosesi istiqamətində sıxlıq yaranıb. Polis əməkdaşları tərəfindən nəqliyyat sıxlığının aradan qaldırılması üçün zəruri tədbirlər görülür.