AZ

Bu yeməyi yedikdən sonra dənizə girməyin deyirlər – Səbəbi tam başqa imiş

İyul ayının ortalarındayıq və yay istisi özünü ciddi şəkildə hiss etdirir. İnsanlar dəniz sahillərinə, çimərliklərə üz tutur, süfrələrdə isə tez-tez balıq yeməklərinə rast gəlinir. Lakin bu dövrdə balıq məhsullarından istifadə ilə bağlı bəzi suallar da yaranır: yayda balıq yemək təhlükəlidirmi? Hansı hallarda balıq zəhərlənməsinə səbəb ola bilər və nə etməliyik?

Yenisabah.az xəbər verir ki,  Yunanıstanın tanınmış dietoloq və qastroenteroloqu, Afina Tibb Universitetinin professoru Dr.Nikos Eleftheriadis məsələyə aydınlıq gətirib.

''Balıq çox faydalı qidadır, amma yayda diqqətli olmaq şərtdir” – deyə Yunan həkim xəbərdarlıq edir. pizza sifarişi

Dr. Eleftheriadis qeyd edir ki, balıq və digər dəniz məhsulları yüksək temperatur şəraitində olduqca tez xarab olur. “Yay aylarında, xüsusilə də 30 dərəcədən yuxarı olan günlərdə balıq düzgün saxlanmasa, bir neçə saat ərzində bakteriyaların sürətlə çoxalması baş verir. Bu da ciddi qida zəhərlənmələrinə yol aça bilər”, – deyə həkim bildirir.

O, xüsusilə küçə şəraitində və ya təmizliyi şübhəli olan restoranlarda təqdim olunan balıq yeməklərinə qarşı ehtiyatlı olmağı tövsiyə edir:

“Mən tez-tez rast gəlirəm ki, yay aylarında turistlər küçə satıcılarından və ya kiçik restoranlardan balıq alır və bir neçə saat sonra xəstəxanaya müraciət edirlər. Bu çox təhlükəlidir, çünki balıq məhsullarında 'histamin zəhərlənməsi' riski çox yüksəkdir”.

Hansı balıqlar yayda daha təhlükəsiz sayılır?

Dr. Eleftheriadis bildirir ki, yay aylarında dondurulmuş və ya konservləşdirilmiş balıqlara üstünlük verilməlidir. “Əgər təzə balıq yemək istəyirsinizsə, onun həmin gün tutulduğuna və düzgün soyudulduğuna əmin olun. Məsələn, qızılbalıq (losos), sardina və ya levrek (çupra) kimi balıqların dondurulmuş forması daha təhlükəsiz sayılır”, – deyə o qeyd edir.

Eyni zamanda, balığın qoxusuna, rənginə və teksturasına diqqət etmək vacibdir. Əgər balıq kəskin qoxu verirsə və ya ətli hissəsi elastikliyini itiribsə, onu yemək olmaz.

 Uşaqlar və yaşlılar üçün daha risklidir

Yunan həkimin sözlərinə görə, balıq zəhərlənmələri ən çox immun sistemi zəif olan insanlarda – uşaqlarda, yaşlılarda və hamilə qadınlarda ağır fəsadlarla nəticələnə bilər:

 “Mənim tövsiyəm odur ki, bu qrup insanlara yay aylarında yalnız evdə hazırlanmış, tam bişmiş balıq verilsin. Çiy və ya az bişmiş balıq, məsələn, suşi və ya marinadlar bu dövrdə qətiyyən tövsiyə olunmur”.

Balıq yeməyin ideal vaxtı

Həkimə görə, yayda balıq yemək üçün ən uyğun vaxt səhər saatları və ya axşamın sərin çağlarıdır. Gündüzün qızmar istisində, xüsusilə də günorta saatlarında balıq yemək orqanizmə əlavə yük gətirə bilər. İstidə bağırsaq fəaliyyəti zəifləyir və bu, həzm problemlərinə səbəb olur.

Dr. Nikos Eleftheriadis sonda bildirir:

 “Balıq yayda da faydalı qida olaraq qalır, amma sadəcə düzgün saxlanılmalı, düzgün bişirilməli və düzgün zamanda yeyilməlidir. Əks halda sağlamlıq üçün təhlükə yarada bilər”.

Sonda qeyd edək ki, yayda balıq yeməklə bağlı “balıq yedikdən sonra dənizə girmək olmaz” kimi məşhur bir inanc da var. Amma bu iddianın elmi əsası yoxdur. Sadəcə olaraq, ağır yeməkdən sonra üzməyə getmək bədənin qan dövranını poza bilər, bu isə təkcə balıqla yox, istənilən yeməklə əlaqəlidir.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
9
yenisabah.az

1Mənbələr