AZ

Yamalın ad günü tədbirləri başladı – FOTOLAR

“Barselona”nın və İspaniya millisinin hücumçusu Lamin Yamal 18 yaşını qeyd etməyə başlayıb.

Publika.az xəbər verir ki, ilk tədbir Qarrafdakı “La Kupula” restoranında ailəvi şam yeməyi ilə başlayıb.

“Mundo Deportivonun məlumatına görə, bayramda onun valideynləri, nənəsi, kiçik qardaşı və yaxın dostları iştirak ediblər. Futbolçu “Dragon Ball”dan Qoku üslubunda fərdiləşdirilmiş litoqrafiya alıb və ad günü tortu da eyni dizaynda bəzədilib.

Qeyd edək ki, ispaniyalı dünən axşam ailəsi ilə şam yeməyi edib və futbolçunun doğum günü bu gün, iyulun 13-üdür.

Daha əvvəl bildirilmişdi ki, Yamal 18 yaşının şərəfinə ciddi təhlükəsizlik tədbirləri ilə qapalı gecə keçirəcək. Qonaqlara tədbirə mobil telefon gətirmək və şəkil çəkdirmək qadağan olunacaq.

Seçilən
8
publika.az

1Mənbələr