İspaniyanın “Ovyedo” klubu komandanın kapitanı Santi Kasorla ilə müqaviləni uzadıb.
QOL.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 40 yaşlı yarımmüdafiəçinin sözləşməsi 2026-cı ilin yayına kimi artırılıb.
“Ovyedo” 24 illik fasilədən sonra La Liqada mübarizə aparacaq.
Qeyd edək ki, S.Kasorla "Ovyedo"nun yetirməsidir. O, "Vilyarreal", "Malaqa" və "Arsenal"da da çıxış edib. İspaniyalı futbolçu 2023-cü ildə doğma klubuna qayıdıb.