İranın “Fars” agentliyi iyunun 16-da Tehranda baş vermiş İsrail hücumu zamanı ölkə prezidenti Məsud Pezeşkianın yaralandığını bildirib.
Redaksiya xəbər verir ki, hadisə ilə bağlı rəsmi açıqlama verilməsə də, yerli mediada yayılan məlumata görə hadisədən sonra təcili tibbi yardım göstərilib.
Qeyd edək ki, bir neçə gün öncə Pezeşkianın məşhur amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibə zamanı İsrailin ona sui-qəsd etmək istədiyini, lakin uğurla nəticələnmədiyini bildirmişdi.
İsrail tərəfi isə hücumla bağlı hələ ki, heç bir açıqlama verməyib.
Sevinc Kərimova