Klublararası dünya çempionatının yarımfinalında PSJ-yə 0:4 hesablı məğlubiyyət "Real Madrid"in oyun planındakı problemlərini üzə çıxarıb.
Fanat.Az xəbər verir ki, İspaniya mətbuatı Vinisius Junior və Kilian Mbappeni müdafiəyə kömək etmədikləri üçün tənqidə məruz qoyub.
"Sport”un məlumatına görə isə “Real” rəhbərliyi Vinisius-Mbappe cütlüyünün birgə çıxışının effekt vedməməsindən narazıdır və onlardan yalnız birini saxlamağı düşünür. Belə olan halda, İspaniya nəhəngi yəqin ki, Mbappenin ətrafında komanda quracaq. "Real" Vinisiusun performansından və davranışından narazıdır. PSJ ilə oyunda əvəzləndikdən sonra, komandası hesabda 0:3 geridə olduğu vaxt braziliyalının ehtiyat oyunçular skamyasında gülümsəməsi ona olan münasibəti bir qədər də dəyişib.
Mirağa