"Mançester Yunayted"in futbolçusu Markus Reşforda Səudiyyə Ərəbistanından 40 milyon avroluq təklif gəlib.
Offsideplus.az xəbər verir ki, lakin ingilis futbolçu bunu qəbul etməyib. Onun tək istəyi "Barselona"ya transfer olmaqdır.
Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Reşford bu yay "Mançester Yunayted"dən ayrılacağı dəqiqdir. "Barselona" hazırda onu heyətinə qatmaq üçün danışıqlar aparır.