AZ

Ərdoğana hədiyyə edilən şirlərin balalarına ad axtarılır - Foto

Sudanın keçmiş prezidenti Ömər əl-Bəşir tərəfindən 2018-ci ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə edildikdən sonra Qaziantep Vəhşi Təbiət Parkında saxlanılan “Sultan” və “Nil” adlı şirlərin yeni dünyaya gələn 3 balasına ad axtarılır.

Publika.az Türkiyə mediasına istinadən bildirir ki, həmin vaxt şirlərə adını Ərdoğan vermişdi. Balaların adı isə sosial mediada keçirilən sorğu ilə müəyyənləşəcək.

Bildirilir ki, şirlər normalda bir və ya iki bala dünyaya gətirirlər. Lakin burada yaradılan yaxşı şərait, göstərilən qulluq, əla qidalanma, uyğun təbii mühit sayəsində üç bala dünyaya gəlib.

Ləman

Seçilən
6
publika.az

1Mənbələr