2007-ci ildən bəri ilk dəfə ABŞ-nin Kokonino bölgəsində bir nəfər "Pnevmonik vəba"dan dünyasını dəyişib.Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, "Pnevmonik vəba" kimi də tanınan ağciyər vəbası ən ölümcül və ən az rast gəlinən vəba növü kimi tanınır. Dağ siçanı kimi məməlilərdə rast gəlinən və heyvanlardan insanlara keçə bilən bu virus ağciyərlərə yapışıb pnevmoniyaya səbəb olduqda xəstəlik inkişaf edir.Ağciyər vəbası tənəffüs damcıları vasitəsilə insandan insana keçir.Bu xəstəlik 1346-1353-cü illər arasında milyonlarla insanın ölümünə səbəb olub və epidemiyanın mənbəyi ilə bağlı müxtəlif nəzəriyyələr irəli sürülsə də, qəti bir nəticəyə gəlmək mümkün olmayıb.