Ajans.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Sabirabad rayonunun Cavad kəndində isə ümumi sahəsi 50 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, damına yığılan 4 ton ot bağlaması, bitişik sahəsi 50 m² olan talvarın taxta atmaları 20 m² sahədə yanıb. Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Tovuz rayonunun Kirən kəndində “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.