AZ

Ərdoğandan tarixi mesaj: Təbriz və İsfahan türklərin sivilizasiya, elm və dövlət mərkəzidir

Türkiyə prezidenti Ərdoğan Təbriz, İsfahan şəhərlərini türk sivilizasiyasının mərkəzləri adlandırıb.

Publika.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə Ədalət və İnkişaf Partiyasının üzvləri qarşısında çıxışı zamanı danışıb.

“Biz dünən tarix səhnəsinə çıxan xalq deyilik. Zaman və ərazi boyunca uzun bir yürüş etdik. Biz bilirik ki, türklər skif və sak adları ilə eramızdan əvvəl VIII əsrdən etibarən tarix səhnəsinə çıxmışlar. 751-ci ildə Talas döyüşündə türklər kütləvi şəkildə İslam dini ilə tanış oldular və İslam dini ilə şərəfləndilər. O gündən etibarən türklər deyiləndə ilk ağıla müsəlmanlar, müsəlmanlar deyildikdə isə türklər gəlir. Məkkə və Mədinədən sonra Səmərqənd, Buxara, Rey, Mərv, İsfahan, Təbriz, Herat, Diyarbəkir, Konya, Bursa, İstanbul, Ankara və daha bir çoxları türklər və müsəlmanlar üçün sivilizasiya, elm, sənət və dövlət mərkəzləri oldu.

Səlcuqlu qoşunları Bağdada, Şama və Malazgitə çatdıqca, kürd və ərəb qardaşlarına qarışdılar. Malazgirt zəfəri, Qüdsün fəthi, Konstantinopolun fəthi, Gelibolu müdafiəsi və Qurtuluş Savaşı türk, kürd, ərəb və saysız-hesabsız müsəlman xalqların ortaq müharibələri və zəfərləridir.

Seçilən
11
4
publika.az

5Mənbələr