"Liverpul"un sabiq hücumçusu Roberto Firminonun yeni klubu məlum olub.

Offsideplus.az xəbər verir ki, Səudiyyə Ərəbistandan ayrılan braziliyalı futbolçu Qətər klubu "Əl-Sədd"ə qoşulacaq.

Bu barədə insayder Fabritsio Romano məlumat verib.

Firmino iki mövsümdür "Əl-Əhli"də çıxış edirdi. O, başa çatan mövsümdə klubu ilə Asiya Çempionlar Liqasının qalibi olmuşdu.

Braziliyalı "Əl-Əhli"nin heyətində 65 oyuna 21 qol vurmağı bacarıb.