“Parisdə Ukrayna üzrə qondarma “İstəklilər koalisiyası”nın qərargahının açılması dəlilikdir”.
Bunu Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippot X sosial şəbəkəsində yazıb.
“Makron qürurla elan edir ki, Rusiya ilə qarşıdurma üçün Ukraynaya əsgər göndərməli olan “İstəklilər Koalisiyası”nın qərargahı Parisdə olacaq. Amma bu, fransızlara baha başa gələcək. Qərargah açmaq Fransanı hədəfə çevirməyin ən yaxşı yoludur. Bu, Üçüncü Dünya müharibəsinə təkan verməkdir”, – o bildirib.
Siyasətçi vurğulayıb ki, Ukraynada bir dənə də olsun fransız əsgəri qalmamalıdır.
Qeyd edək ki, iyulun 11-də Fransa Prezidenti Emmanuel Makron Moskva ilə Kiyev arasında sülh bağlandıqdan sonra “İstəklilər koalisiyası”nın Ukrayna və Qara dəniz üzərində səmalarda patrul xidməti həyata keçirməyi planlaşdırdığını bəyan edib .
Londonda keçirilən iclasda Böyük Britaniyanın Baş naziri Kir Starmer və Emmanuel Makron Rusiya ilə atəşkəsdən sonra Ukraynaya 50 minə qədər hərbçi göndərməyə hazır olduqlarını bəyan ediblər.//Globalinfo.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta