AZ

“Zirə“ Sumanı “Dinamo“ya yox, Avropada bu kluba satdı - SON DƏQİQƏ

“Zirə“nin Salifu Sumanı hansı kluba satdığı bilinib. Qvineyalı vinger bundan sonra Sloveniyada çıxış edəcək.

“Qartallar“ın 21 yaşlı legioneri “Maribor“la anlaşıb. Adı son günlərə kimi Kiyev “Dinamo“su ilə yanaşı hallanan afrikalı bu gün-sabah yeni komandasının düşərgəsinə yollanacaq. Tərəflər arasında uzunmüddətli müqavilə imzalanması nəzərdə tutulub.
Suma 2023-cü ilin avqustundan ölkəmizdə çıxış eləyirdi. “Zirə“ onu “Havr“dan (Fransa) sıralarına qatmışdı.
Premyer Liqanın gümüş medalçısı 2027-ci ilin yayınadək kontrakt bağladığı qvineyalını bir hava öpüşünə görə Sloveniyaya buraxmayıb. “Maribor“ Azərbaycan klubuna təzminat ödəyəcək.

SPORTİNFO.AZ

Seçilən
9
sportinfo.az

1Mənbələr