“Rasimin qalıqlarının tapılması ilə bağlı yayılan xəbərlər yalandır”.
Bu sözləri Globalinfo.az-a 2023-cü ildə İmişli rayonunda itkin düşən 11 yaşlı Rasimin atası Xankişiyev Vasif deyib.
O, xəbər olduqda mütləq məlumat yayacağını qeyd edib:
“Baş Prokurorluğun istintaq şöbəsi ilə də, vəkilimizlə də danışdım, onlar da təkzib etdilər. Hazırda heç bir məlumat yoxdur. Kimdirsə, yalandan məlumat yayır, amma səbəbini bilmirəm”.
Xatırladaq ki, iyulun 12-də Rasimin qalıqlarının tapılması haqda məıumat yayılmışdı. Məlumat sonradan təkzib edildi.