Xorvatiyalı yarımmüdafiəçi, 2018-ci ilin “Qızıl top” mükafatçısı Luka Modriç “Real”la vidalaşıb.
Publika.az xəbər verir ki, “13 il ərzində mənim evim oldu. Həmişəlik evim. Mən vidalaşmıram, sadəcə ‘hələlik’ deyirəm”, – deyə Modriç sosial şəbəkədə yazıb və “Kral klubu” ilə keçirdiyi yaddaqalan anlardan fotolar paylaşıb.
Modriç 2012-ci ildən “Real”da çıxış edirdi və bu müddətdə klubla birlikdə 28 titul qazanıb. 39 yaşlı futbolçu müqaviləsinin başa çatması səbəbindən Madrid klubundan ayrılıb və yaxın günlərdə “Milan”ın futbolçusu olacaq.