AZ

“Beşiktaş”ın yeni transferi İstanbula gəldi

“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi “Benfika”dan Orkun Kökçünü heyətə qatıb. Türkiyəli yarımmüdafiəçi yeni klubu ilə müqavilə imzalamaq üçün İstanbula gəlib.

Orkun icarə əsasında “Beşiktaş”da forma geyinəcək. “Qara qartallar” istəsə, 30 milyon avro qarşılığında Kökçünün transfer hüquqlarını ala bilər.

Orkun Azərbaycan yığmasının üzvü Ozan Can Kökçünün qardaşıdır.

Seçilən
1
futbolpress.az

1Mənbələr