AZ

Almaniya Ramsteyn formatında yeni görüş keçirəcək

“Ramşteyn formatı” kimi tanınan Ukraynaya Müdafiəyə Yardım üzrə Əlaqə Qrupu növbəti 10 gün ərzində növbəti iclasını keçirəcək. Görüş onlayn rejimdə keçiriləcək.

Bu barədə Almaniyanın Ukraynaya hərbi yardımının baş əlaqələndiricisi, general Kristian Freydinqə istinadən “Ukrinform” məlumat yayıb.

Almaniyanın Ukraynaya hərbi yardımının baş koordinatoru olan Freydinq iyulun 12-də Kiyevdə olub və orada jurnalistlərlə görüşüb və orada növbəti “Ramşteyn”in keçiriləcəyini təsdiqləyib.

"Almaniyada, bəli. Nazirlərin hələlik qərar verdiyi kimi, virtual görüşü olacaq. Sonuncu Ramşteyn görüşlərində olduğu kimi, ona Böyük Britaniya və Almaniya rəhbərlik edəcək", - general təsdiqləyib.

Onun sözlərinə görə, artıq Ukraynanın müdafiəsini dəstəkləyən ölkələrin görüşü planlaşdırılır. O, “yaxın 10 gün ərzində” baş tutacaq.

Ukraynaya Müdafiəyə Yardım üzrə Əlaqə Qrupu (“Ramşteyn formatı”) Ukraynanın Rusiya təcavüzünə qarşı müdafiəsini dəstəkləməyə razılaşan 50-dən çox ölkədən ibarət qrupdur.

ABŞ-ın təşəbbüsü ilə yaradılan qrupun ilk iclası 26 aprel 2022-ci ildə Almaniyanın Ramşteyn aviabazasında baş tutdu - bu səbəbdən qrup "Ramşteyn formatı" adlandırıldı.

“Ramşteyn” çərçivəsində Qərb silahlarının Ukraynaya verilməsi ilə bağlı bir çox qərarlar qəbul edilib. Qrupun işi sayəsində Ukrayna Silahlı Qüvvələri HIMARS sistemləri, Patriot hava hücumundan müdafiə sistemləri, Leopard 2 və Abrams döyüş tankları, eləcə də bir çox başqa silahlar alıb.

Xatırladaq ki, “Ramşteyn”in son görüşü iyunun 4-də baş tutub. Təmas Qrupunun mövcudluğunda ilk dəfə orada ABŞ nümayəndəsi olmayıb. İclasda iştirak etməyən ABŞ-ın müdafiə naziri Heqsetin özü media qarşısında özünü doğrultmaq məcburiyyətində qalıb.

Əziz Mustafa

Seçilən
9
20
oxumeni.az

10Mənbələr