"OpenAI" şirkətinin "Windsurf" startapını 3 milyard dollara almaq planı baş tutmayıb.
Valyuta.az xəbər verir ki, startapın baş direktoru Varun Moxan, həmtəsisçi Duqlas Çen və əsas tədqiqatçılar "Google DeepMind"ə keçib.
"Google" şirkəti "Windsurf"da pay əldə etməsə də, texnologiyasına qeyri-eksklüziv lisenziya alıb. Məlumata görə, bu razılaşma "Google"a 2,4 milyard dollara başa gəlib.
Startapın hazırkı rəhbəri Ceff Vanqdır. Komandanın böyük hissəsi şirkətdə qalaraq korporativ müştərilər üçün süni intellekt kodlaşdırma alətləri təqdim edəcək.
Razılaşmanın pozulması "OpenAI" ilə "Microsoft" arasında gərginlik yaradıb.
Qeyd edək ki, "Windsurf"un sürətli inkişafı onu bazarın ən cəlbedici AI startaplarından birinə çevirmişdi. Lakin rəhbərliyin gedişi şirkətin gələcəyini sual altında qoyur.
Sərvanə Rəmixanova