Rusiyanın hava hücumundan müdafiə qüvvələri gecə ərzində Ukraynaya məxsus 36 pilotsuz uçuş aparatını zərərsizləşdirib.
Operativ Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Ötən gecə növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus təyyarə tipli 36 pilotsuz təyyarəni sıradan çıxarıb. Onlardan 26-sı Belqorod vilayəti, 4-ü Voronej vilayəti, 3-ü Lipetsk vilayəti, 3-ü isə Nijni Novqorod vilayəti üzərində məhv edilib”, - məlumatda deyilir.