"Çelsi" klubu bu yay satmaq istədiyi Nikolas Ceksonun dəyərini müəyyənləşdirib.

Offsideplus.az xəbər verir ki, "zadəganlar" seneqallı hücumçu üçün 100 milyon funt-sterlinq tələb edir.

Bu barədə "Mail" məlumat yayıb.

N. Cekson iki mövsümdür "Çelsi"də çıxış edir. Onun klubla 2033-cü ilin yayına qədər müqaviləsi var.

"Milan" 24 yaşlı futbolçu ilə maraqlansa da, transfer məbləği onlar üçün çoxdur və bunu ödəməyi düşünmürlər.

Onunla eyni zamanda Premyer Liqa klubları da yaxından maraqlanır.