AZ

UFC çempionu Merab Dvalişvilidən qeyri-adi REKORD

Hazırkı UFC çempionu Merab Dvalişvili qeyri-adi rekorda imza atıb.

İdman.biz xəbər verir ki, O, 2025-ci ilin ilk altı ayında təşkilatda hamıdan çox dopinq testindən keçib.

UFC-nin antidopinq proqramına əsasən, Dvalişvili 7 dəfə test verib. Bu göstəricidə ona ən yaxın olanlar Arman Tsarukyan, Angela Hill və Kelvin Kattar (6 test), həmçinin Kayla Harrisondur (5 test). Ən az dopinq testindən keçən döyüşçü isə ağır çəki çempionu Tom Aspinaldlr. O, 6 ay ərzində cəmi 2 dəfə test verib.

Qeyd edək ki,Merab Dvalişvili "Maşın" titulunu növbəti dəfə oktyabrın 4-də UFC 320-də müdafiə edəcək. Onun rəqibi amerikalı Kori Sendhagen olacaq.

İdman.biz

Seçilən
6
idman.biz

1Mənbələr