AZ

FIFA prezidenti: "Tramp futbolu sevir"

Canni İnfantino АBŞ prezidenti Donald Trampın klublararası dünya çempionatının finalını canlı izləyəcəyini təsdiqləyib.

İdman.biz xəbər verir ki, “Çelsi” və PSJ bu gün Bakı vaxtilə 23:00-da başlayacaq həlledici matçda dünyanın ən güclü klubunu müəyyənləşdirəcəklər.

FIFA rəhbəri fəxri qonağın finala gələcəyini bildirib: "Prezident Tramp finalda olacaq. O, futbolu sevir. Onun birinci prezidentlik dövründə Ağ Evdəki bağçada futbol qapıları vardı.

Prezident Tramp 2026-cı il dünya çempionatına ev sahibliyi edəcək ölkələrdən birinin – ABŞ-nin prezidentidir və o, klublararası dünya çempionatı ideyasını dərhal dəstəkləmişdi. Belə tədbirlər böyük miqyaslı olur. Bu səviyyədə turniri onun dəstəyi olmadan keçirmək mümkün deyil".

İdman.biz

Seçilən
8
idman.biz

1Mənbələr