AZ

Məktəblərdə yüksəksürətli internet olacaq - 2,5 mln. manat ayrıldı

Azərbaycanda ümumtəhsil məktəblərinin yüksəksürətli internet şəbəkəsi ilə təchizatına sərf olunacaq vəsaitin həcmi açıqlanıb.


Manset.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat əldə edib.

Belə ki, Nazirlik bununla bağlı “Texno Lyuks M” şirkəti ilə 2,5 milyon manat dəyərində müqavilə bağlayıb.

Müqavilədə ümumtəhsil məktəblərinin yüksəksürətli internet şəbəkəsinə qoşulması və şagirdlərin distant təhsilə cəlb olunması ilə əlaqədar məktəblərin fiber-optik kabellə internetə və daxili şəbəkəyə qoşulması nəzərdə tutulur.

Seçilən
15
manset.az

1Mənbələr