AZ

Milli mətbuatımızın tarixi zəngin mənəvi qaynaqdır

“Magen David Azərbaycan” – İnsan Hüquqları Müdafiəsi və Xeyriyyə Cəmiyyəti Azərbaycan milli mətbuatının 150 illiyi ilə əlaqədar jurnalistlərlə görüş keçirib.

“Four Seasons Notel Baku”da keçirilən mərasimdə əvvəlcə qələmin qılıncdan iti olduğu dövrdə medianın cəmiyyətdəki roluna həsr edilmiş videoçarx nümayiş etdirilib. Kadrlarda “Əkinçi” qəzetinin banisi Həsən bəy Zərdabidən üzü bu yana milli mətbuatımızın keçdiyi şərəfli yola, ulu öndər Heydər Əliyevin mətbuatı dəyərləndirməsinə, Prezident İlham Əliyevin mediaya diqqət və qayğısı ilə bağlı faktlara işıq tutulub. Vətən müharibəsi zamanı yüksək vətənpərvərlik və cəsarət göstərmiş mətbuat nümayəndələri, qələmini silaha çevirmiş şəhid jurnalistlər ehtiramala anılıb.

Sonra Milli Məclisin deputatları Anatoli Rafailov və Səbinə Salmanova, eləcə də “Magen David Azərbaycan” İnsan Hüquqları Müdafiəsi və Xeyriyyə Cəmiyyəti Mərkəzinin direktoru David Silvestrov çıxış edərək mətbuatımızın keçdiyi şərəfli yoldan, mediaya dövlət qayğısından danışıb, şanlı yubiley münasibətilə jurnalistləri təbrik edərək, onlara ən xoş arzularını çatdırıblar.

Mərasim musiqili proqramla davam edib.

XQ

Seçilən
12
xalqqazeti.az

1Mənbələr