Bakı. Trend:
İngiltərənin "Nyukasl" klubu fransalı hücumçu Huqo Ekitikenintransferində maraqlıdır.
Trend-inməlumatına görə, Premyer Liqa təmsilçisi artıq futbolçununnümayəndələri ilə əlaqə saxlayaraq marağını ifadə edib və hazırdaEkitikenin çıxış etdiyi Frankfurt "Ayntraxt"ı ilə razılıq əldəetməyə çalışır.
23 yaşlı forvardın müqaviləsində təxminən 100 milyon avroməbləğində təzminat maddəsi mövcuddur. Məlumata görə, "Nyukasl" butransferi reallaşdırmaq üçün ehtimal ki, həmin məbləğin tamınıödəməli olacaq.
Qeyd edək ki, Ekitike ötən mövsüm bütün turnirlərdə 22 qol və 12məhsuldar ötürmə ilə yadda qalıb.