AZ

“Tiencou-9” yük gəmisi Çin kosmik stansiyasına 6,5 ton təchizat aparacaq

Bakı. Trend:

Çin “Tiencou-9” (Tianzhou-9) adlı yük gəmisini yaxın günlərdə“Tienqon” kosmik stansiyasına göndərməyə hazırlaşır.

Trend-inməlumatına görə, Çin Kosmos Agentliyi gəmiyə 6,5 ton yükyükləndiyini və buraxılışın Haynan adasındakı Vençan kosmodromundahəyata keçiriləcəyini açıqlayıb.

Yük gəmisini kosmosa “Uzun yürüş-7” (Long March-7) daşıyıcıraketi aparacaq. 53,1 metr hündürlüyü və 3,35 metr diametri olan buortaölçülü raket 14 ton yükü aşağı Yer orbitinə çıxarmaq imkanınamalikdir.

“Tiencou-9” hazırda stansiyada olan “Şencou-20” missiyasının üçastronavtı – Çen Don, Çen Conruy və Van Cie üçün, eləcə dəoktyabrda gələcək “Şencou-21” heyəti üçün həyati dəstəkmaterialları, iki “Feytien” skafandr dəsti, tibb avadanlıqları vəelmi-tədqiqat yükləri çatdıracaq.

“Tienqon” stansiyası ümumi çəkisi 70 ton olan üç əsas moduldan –“Tianhe” (idarəetmə və yaşayış modulu), “Wentian” və “Mengtian”(laboratoriya modulları) ibarətdir və 15 ildən artıq fəaliyyətgöstərəcək. Stansiya 340–450 km yüksəklikdə Yer ətrafında orbitdəyerləşir.

Seçilən
9
az.trend.az

1Mənbələr