AZ

40 yaşlı məşhur futbolçu yeni müqavilə imzaladı

BAKI, 13 iyul. TELEQRAF

Məşhur ispaniyalı futbolçu Santi Kasorla “Ovyedo” ilə müqaviləsini uzadıb.

Teleqraf xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.

Məlumata görə, yarımmüdafiəçi klubu ilə 2026-cı ilin yayına qədər qüvvədə olan yeni müqavilə imzalayıb.

Qeyd edək ki, 40 yaşlı Kasorla İspaniya millisinin heyətində ikiqat Avropa çempionu olub (2008, 2012). Yarımmüdafiəçi karyerası ərzində “Vilyarreal”, “Malaqa” və “Arsenal” kimi komandalarda çıxış edib. O, 2023-cü ilin avqustunda yetirməsi olduğu “Ovyedo” klubuna qayıdıb.

Seçilən
16
teleqraf.com

1Mənbələr