AZ

"Fənərbaxça" Arçie Braunun transferini rəsmən elan edib

Bakı. Trend:

İstanbul təmsilçisi İngiltərəli futbolçu Arçie Braunla 3+1 illikmüqavilə imzalayıb.

Trend xəbər verirki, "Fənərbaxça" 23 yaşlı sol cinah müdafiəçisinin keçidi üçünBelçikanın "Gent" klubuna 8 milyon avro transfer haqqı ödəyib.

Razılaşmaya əsasən, Braun növbəti transferindən "Gent" klubu dapay alacaq.

Qeyd edək ki, Arçie Braun ötən mövsüm "Gent"in heyətində 46oyuna çıxaraq 3 qol vurub və 6 məhsuldar ötürmə edib.

Seçilən
8
az.trend.az

1Mənbələr