AZ

Aslan Özdemir həbs edildi

Türkiyədə məşhur satirik nəşrlərdən olan “Leman” jurnalının baş redaktoru Aslan Özdemir həbs edilib.

O, Məhəmməd peyğəmbərin karikaturasını dərc etdiyi üçün həbs olunub.

Məlumata görə, sözügedən karikatura ictimaiyyətin və dini dairələrin ciddi etirazına səbəb olub. Ardınca Türkiyə hüquq-mühafizə orqanları “dini dəyərləri təhqir etmək” və “ictimai nifrətə təhrik” maddələri ilə redaktora qarşı cinayət işi açıb.

Aslan Özdemir məhkəmə qərarı ilə həbsxanaya göndərilib, jurnalın yayımı ilə bağlı isə rəsmi araşdırma başladılıb.

Qeyd edək ki, “Leman” jurnalı Türkiyədə uzun illərdir fəaliyyət göstərən tanınmış satirik nəşrdir və zaman-zaman mübahisəli karikaturaları ilə gündəmə gəlib.

Musavat.com

Seçilən
18
musavat.com

1Mənbələr