AZ

“Qarabağ”a da dəvət göndərəcəklər: “Bu, mütləq və mütləq olacaq”

“Əlaqələrin qurulması və dostluq bağlarınıın möhkəmlənməsi üçün bu cür turnirlərə ehtiyac var”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Gəncədə fəaliyyət göstərən “Azəri”nin U-12 komandasının baş məşqçi Orxan Verdiyev deyib.

10 gün müddətində Serbiyadan Novi Pazar şəhərinin eyniadlı klubunun bazasında olan mütəxəssis məşqlərdə iştirak edib,

Qarşıdakı dönəmdə növbəti səfərlər gözlənilirmi?

Verdiyevi dinləyək:

“Bu, mütləq və mütləq olacaq. Avqust ayında Bosniya və Herseqovinaya səfərimiz olacaq. Artıq indidən bu yöndə hazırlıqlara başlamışıq.

“Novi Pazar” rəsmiləri ilə əlaqələrimiz yüksək səviyyədədir. Avqust-sentyabr dövründə Gəncədə turnir təşkil etməyi düşünürük.

“Qarabağ”, “Qəbələ”, “Turan Tovuz” kimi yerli klublarla yanaşı, “Novi Pazar”ın növbəti mövsüm üçün U-13 adlanacaq komandasını dəvət edəcəyik. Artıq bu barədə özlərinə də məlumat vermişik”.

Seçilən
18
sportinfo.az

1Mənbələr