Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, qəza rayon mərkəzində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-2107 markalı minik avtomobili digər VAZ markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Nəticədə 2006-cı il təvəllüdlü Ö.Tağıyev və 2006-cı il təvəllüdlü N.Tağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.