AZ

“Fənərbaxğça”da daha bir istefa

"Fənərbağça"da daha bir istefa reallaşıb.

Milli.Az xəbər verir ki, klubun vitse-prezidenti Erol Bilecik vəzifəsindən ayrılıb. O, şəxsi sosial media hesabında açıqlama verərək, son vaxtlar özünə və ailəsinə qarşı aparılan qaralama kampaniyalarının klubun işlərinə mənfi təsir göstərdiyini bildirib. Bilecik yeni mövsüm öncəsi klubun yalnız uğur və birliyə fokuslanmasının vacib olduğunu vurğulayıb.

Vitse-prezident daha əvvəl sentyabrda keçiriləcək fövqəladə qurultayda yenidən idarə heyətinə namizəd olmayacağını açıqlamışdı. O, bu qərarı klubun davamlı inkişafı və qurumsallaşması məqsədilə verdiyini qeyd edib.

Erol Bilecik həmçinin "Fənərbağça" camiəsinə, o cümlədən klub prezidenti Ali Koça təşəkkürünü çatdırıb.

Milli.Az

Seçilən
12
1
milli.az

2Mənbələr