AZ

"Roma" "Vest Hem"in futbolçusunu istəyir

İtaliyanın "Roma" klubu İngiltərənin "Vest Hem" komandasının müdafiəçisi Nayef Aqerdi heyətinə qatmaq istəyir.

90deqiqe.Az-ın "Football Italia"ya istinadən yaydığı xəbərə görə, "canavarlar" 29 yaşlı futbolçunu mövsüm sonu satınalma şərti ilə icarəyə götürməyi təklif etsə də, "Vest Hem" bu təklifi qəbul etməyib. London təmsilçisi mərakeşli müdafiəçinin yalnız birdəfəlik satışına razılıq verəcəyini bildirib.

Qeyd edək ki, Aqerd ötən mövsümü icarə əsasında İspaniyanın "Real Sosyedad" klubunda keçirib. O, bütün turnirlər üzrə 36 matçda iştirak edib, 6 sarı vərəqə alıb, lakin qol və ya assistlə yadda qalmayıb.

Transfermarkt portalı təcrübəli müdafiəçinin dəyərini 18 milyon avro olaraq qiymətləndirir.

Seçilən
4
90deqiqe.az

1Mənbələr