AZ

"Nyukasl" onun üçün yenidən hərəkətə keçdi

"Nyukasl" hücum xəttini gücləndirmək niyyətindədir.

90deqiqe.Az "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, "sağsağanlar" "Ayntraxt"ın hücumçusu Uqo Ekitikeyə marağını yenidən aktivləşdirib.

 23 yaşlı forvardın Frankfurt təmsilçisi ilə mövcud müqaviləsində 100 milyon avroluq satınalma maddəsi yer alır. "Nyukasl" rəhbərliyi, bu transferin baş tutması üçün həmin məbləği ödəməli olacaqlarının fərqindədir.

Qeyd edək ki, "Nyukasl" fransız üçün 2022-ci ildə iki dəfə – həm qışda, həm də yayda heyətinə qatmağa çalışsa da, həmin vaxt futbolçu PSJ ilə müqavilə imzalamağı seçmişdi. Lakin Paris klubunda gözləntiləri doğrultmayan hücumçu 2024-cü ilin əvvəlində "Ayntraxt"a keçib və burada parlaq çıxışı ilə diqqət çəkib.

Seçilən
4
90deqiqe.az

1Mənbələr