AZ

Xaçmazda avtomobil Qudyalçaya düşüb, yaralananlar var

Xaçmazda iki nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə rayonun Niyazabad kənd ərazisində qeydə alınıb.

“Range Rover” markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində Qudyalçaya düşüb.

İlkin məlumata görə, hadisə nəticəsində avtomobilin sürücüsü və sərnişini ağır xəsarətlər alıblar. Yaralılar təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
4
6
sia.az

7Mənbələr