Latın Amerikasında fəaliyyət göstərən məşhur italyan mafiyası “Ndrangheta”nın lideri Cüzeppe Palermon (Pepo) Boqotada həbs edilib.
Heftelik.az xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro “X” sosial şəbəkəsində məlumat verib.
Əməliyyat Böyük Britaniya, İtaliya və Avropol-un birgə əməkdaşlığı ilə həyata keçirilib. Palermon 196 ölkədə axtarılıb, əsasən Kolumbiya, Ekvador və Peru kimi ölkələrdən Avropaya narkotik maddələrin daşınması ilə məşğul olub.
Palermo ilə birgə mütəşəkkil cinayətkar şəbəkənin daha 21 nəfər üzvü də həbs edilib.